İstifadə şərtləri
Son yenilənmə: 13.10.2026
1. Platforma və tərəflər
Alkospekt — “MAMMADLI GROUP” MMC tərəfindən idarə olunan onlayn platformadır. Alqı-satqı müqaviləsi müştəri ilə satıcı mağaza arasında bağlanır. Alkospekt platforma və çatdırılmanın təşkili xidmətini göstərir.
2. Yaş həddi — 18+
- Platformadan yalnız 18 yaşı tamam olmuş şəxslər istifadə edə bilər.
- Yaş məhdudiyyətli məhsulların təhvili zamanı satıcı və ya kuryer şəxsiyyət sənədi tələb edə bilər.
- Yaş təsdiqlənməzsə sifariş təhvil verilmir; bu halda sifariş ləğv edilir.
3. Sifariş və qiymət
- Məhsulun qiymətini və mövcudluğunu satıcı mağaza müəyyən edir; qiymətlərə vergilər daxildir.
- Sifarişin yekun məbləği: məhsulların qiyməti + çatdırılma haqqı (çatdırılma sifarişlərində) + Alkospektin xidmət haqqı (onlayn ödənişdə). Çatdırılma və xidmət haqqına ƏDV daxildir; hər məbləğ sifariş təsdiqlənməzdən əvvəl ayrıca sətirdə göstərilir.
- Sifarişi təsdiqləyənə qədər qiymət dəyişərsə, sifariş avtomatik yaradılmır: yeni qiymət sizə göstərilir və davam edib-etməmək qərarını siz verirsiniz.
- Sifariş təsdiqləndikdən sonra qiymət sizin üçün dəyişmir — ödəyəcəyiniz məbləğ sifarişdə göstərilən məbləğdir.
- Stok tükənərsə sifariş qəbul edilmir və ya ləğv olunur.
4. Ödəniş
- Məhsulların dəyəri üçün ödənişi Alkospekt (“MAMMADLI GROUP” MMC) satıcının adından və hesabına qəbul edir və satıcıya köçürür; bu məbləğ Alkospektin gəliri deyil. Çatdırılma və xidmət haqqı Alkospektin öz xidmətlərinin haqqıdır.
- Onlayn ödəniş Mərkəzi Bankın lisenziyası ilə fəaliyyət göstərən ödəniş təşkilatı vasitəsilə aparılır; kart məlumatı Alkospekt-də saxlanmır.
- Çatdırılma sifarişlərində ödəniş həmişə əvvəlcədən onlayn aparılır.
- Mağazadan götürmə sifarişlərində mağazada ödəniş mümkündür (mağaza belə seçim təqdim edirsə).
5. Çatdırılma
Çatdırılma kuryer xidməti vasitəsilə həyata keçirilir. Çatdırılma haqqı sifariş verilməzdən əvvəl göstərilir. Ünvanın yanlış və ya əlçatmaz olması, qəbul edənin olmaması hallarında sifariş geri qaytarıla bilər.
6. İmtina hüququ, ləğv və geri qaytarma
Sifariş təsdiqlənən gündən 7 iş günü ərzində imtina edə bilərsiniz. Qablaşdırması açılmış mal geri qəbul edilmir. İmtinanı “Problem var” düyməsi və ya WhatsApp-la bildirin. Malın dəyəri 7 gün ərzində ödəniş edilən karta qaytarılır; kartda görünmə müddəti bankdan asılıdır. Çatdırılma və xidmət haqqı göstərilmiş xidmətdir, qaytarılmır. Malı mağazaya özünüz gətirə bilərsiniz; kuryerlə göndərilsə, xərci qaytarılan məbləğdən tutulur. Mal satıcının səhvi ilə gəlibsə, bütün məbləğ qaytarılır.
- Sifariş mağaza hazırlayana qədər (və çatdırılmada kuryer təyin olunana qədər) tətbiqdən birbaşa ləğv edilə bilər; bu halda bloklanmış məbləğ dərhal buraxılır.
- Satıcı haqqında məlumat (rəsmi ad, hüquqi forma, ünvan, VÖEN, alkoqollu içki satışı lisenziyası, şikayət ünvanı) hər mağazanın səhifəsində, ödəniş addımındakı “İmtina və qaytarma şərtləri” pəncərəsində və hər sifarişin detalında göstərilir.
- Satıcı ayrıca zəmanət vermir. Uyğunsuzluğu təhvildən sonra gecikmədən bildirin.
7. İstifadəçinin öhdəlikləri
- Doğru ad, telefon və ünvan göstərmək;
- Hesabı başqasına verməmək;
- Platformadan qanunsuz məqsədlə istifadə etməmək, o cümlədən 18 yaşı tamam olmayan şəxs üçün sifariş verməmək.
8. Məsuliyyət
Məhsulun keyfiyyəti, tərkibi və sənədləşməsi, habelə imtina və qaytarma üzrə məsuliyyət satıcı mağazaya aiddir. Alkospekt platformanın işləkliyinə və sifarişin təşkilinə görə cavabdehdir.
9. Əlaqə
“MAMMADLI GROUP” MMC — info@alkospekt.az, +994 55 190 10 90.